02 dekabr 2020 11:53
1442

Qarabağda hərbi hissədə partlayış olub, 2 erməni əsgəri ölüb

Qarabağda ermənilərə məxsus hərbi hissədə partlayış olub.

“İki sahil" report-a istinadən xəbər verir ki, hadisə ötən gün silah-sursat daşınması zamanı baş verib.

Partlayış nəticəsində Jirayr Matevosyan və Geram Ovannisyan adlı (hər ikisi 2001-ci il doğumlu) erməni əsgərlər ölüb.