Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayev XII Astana İqtisadi Forumunun plenar iclasında deyib ki, hər il urbanizasiya səviyyəsi artır. Bu da böyük şəhərlərin bütün ölkənin iqtisadiyyatına təsirini artıracaq. O deyib ki, dünyada dörd milyarddan çox insan şəhərlərdə yaşayır və 2050-ci ilə qədər şəhər əhalisi iki dəfə artacaq. Qazaxıstanın ən böyük şəhərinin - Almatının iki milyondan çox əhalisinin olduğunu deyən Nursultan Nazarbayev keçən il Çimkəntin əhalisinin sayının da bir milyona çatdığını bildirib.