18 may 2020 17:35
1278

“Qəbələ”nin sabiq futbolçusu məşqçiliyə başlayıb

“Qəbələ”nin sabiq futbolçusu Aleksey Antonov məşqçiliyə başlayıb.

34 yaşlı futbolçu Ukraynanın “Çernomorest” klubunun baş məşqçisi Sergey Kovaletsin köməkçisi olacaq.

Qeyd edək ki, 2015/2016-cı il mövsümündə “Qəbələ”nin heyətində çıxış edən A.Antonov ümumilikdə 49 qarşılaşmada meydana çıxıb və 8 qol vurmağı bacarıb. //AZƏRTAC