22 may 2020 17:20
185

Rəsmi Bakı Pakistana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi təyyarə qəzası ilə əlaqədar Pakistana başsağlığı verib.

“Report”un xəbərinə görə, başsağlığı nazirliyin rəsmi “Twitter” səhifəsində yayılıb.

“Pakistanın Karaçi şəhəri yaxınlığındakı təyyarə qəzası bizi dərindən kədərləndirib. Ramazan ayında ölümlərə yol açan hadisənin baş verməsi bizi üzüb. Qəzada sevdiklərini itirənlərə və Pakistan xalqına baş sağlığı veririk. Allah yasda olan ailələrə güc versin”, - başsağlığında qeyd olunub.