20 oktyabr 2020 12:04
495

Ronald Kuman: Çempionlar Liqasını qazanmağa əsas favorit deyilik

"Barselona"nın baş məşqçisi Ronald Kuman Çempionlar Liqasınının qrup mərhələsinin 1-ci turunda"Ferentsvaroş"la oyun öncəsi fikirlərini bildirib.

"İki sahil" Qol.az-a istinadən  xəbər verir ki, o, görüşün asan keçməyəcəyini deyib: "Güclü bir heyətimiz olacaq, hələ şənbə günü "Real"la oynayacağımızı düşünmürük. İndi yalnız sabahkı matç önəmlidir".

Daha ətraflı

Kuman ÇL-in kubokunu qazanmağa əsas favorit olmadıqlarını bildirib: "Çempionlar Liqasında qrup mərhələsinə qələbə ilə başlamaq hər zaman çox vacibdir, xüsusən də öz stadionunda. Bu, çətin bir matçdır, çünki bu günlərdə zəif rəqib yoxdur. "Barselona" La Liqa və Avropada kuboklar qazanmağa hazır olmalıdıq. Çempionlar Liqasını qazanmaq uğrunda mübarizədə əsas favorit deyilik, amma irəliləyə bilərik".

Qeyd edək ki, bu gün keçiriləcək "Barselona" - "Ferentsvaroş" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.