08 noyabr 2019 17:35
1139

Röyanın Xalq artisti olduqdan sonra İLK İŞİ - VİDEO

Müğənni Röya Ayxan Xalq artisti kimi ilk layihəsini təqdim edib.

Publika.az xəbər verir ki, sənətçi bu dəfə Əməkdar artist Ədalət Şükürovun repertuarına müraciət edərək “Dedin yox” mahnısını ifa edib. Sözləri və musiqisi Şükürova məxsus bəstəyə kiçik dəyişiklik edilərək bir misra əlavə olunub.

Müəllifi Tural Manaflı olan şeir R.Ayxan tərəfindən səsləndirilib. Xalq artisti sözügedən bəstəni ekranlaşdırmaq üçün rejissor Fərhad Əliyə müraciət edib, klipin çəkilişləri Bakıda baş tutub. Sözügedən layihə Röya Ayxanın “YouTube” səhifəsində yayımlanıb.

Bundan əlavə, mahnı “Apple Music”, “Spotify”, “Deezer”, “Muud” kimi musiqi yükləmə platformalarında öz yerini tapıb. Qeyd edək ki, Ə. Şükürov sözügedən mahnını 2014-cü ildə ifa edib.