Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Azərbaycana işgüzar səfərə gəlib.
Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, səfər zamanı V.Gerasimov Bakıda NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin Baş Komandanı Todd Volters ilə görüşəcək.
Həmçinin, rusiyalı generalın Azərbaycanın hərbi-siyasi rəhbərliyi ilə danışıqlar aparacağı planlaşdırılır.