25 sentyabr 2020 17:03
500

Səfir: Heç kim Pakistan qədər Azərbaycanı anlaya bilməz

Ermənistanın son təxribatları qəbuledilməzdir və beynəlxalq hüquqa zidddir.

"İki sahil" Azvision.az-a istinadla xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı yeni səfiri Bilal Haye jurnalistlərlə görüşdə deyib.

O bildirib ki, Pakistan hər zaman Azərbaycanın haqq işini dəstəkləyib və münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin tərəfdarıdır.

Səfir xatırladıb ki, 1993-cü ildə məhz Pakistanın Təhlükəsizlik Şurasında sədrliyi zamanı həmin qətnamələr qəbul edilib: "Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır. Heç kim Pakistan qədər Azərbaycanı anlaya bilməz".

B.Haye Cammu və Kəşmir probleminə diqqət çəkib və deyib ki, həm Azərbaycan, həm də Kəşmir xalqı BMT qətnamələrinin yetinə yetirilməsini gözləyir.