12 iyul 2019 14:29
210

Siyavuş Novruzov: “Heydər Əliyev olmasaydı, bu gün müstəqil, inkişaf etmiş Azərbaycan olmazdı”

“Biz bu gün bayraq haqqında danışırıqsa, Azərbaycanda ilk dəfə bu bayrağı qaldıran, müstəqil Azərbaycan dövlətini quran Heydər Əlyievin bir neçə gün sonra hakimiyyətə gəlməsinin 50 illiyidir”.

“Ölkə.Az” xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının iclasında “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanuna dəyişiklk müzakirə edilərkən  deputat Siyavuş Novruzov bildirib. 

Onun sözlərinə görə, bu gün Azərbaycan bayrağı bütün beynəlxalq təşkilatlarda dalğalanır: “Heydər Əlyiev birinci dəfə hakimyiyətə gələndə bütün sahələrdə tərəqqi başldadı. İkinci dəfə Heydər Əlyiev hakimyyətə gələndə Azərbaycanın parçalanmasının qarşısı aldı, müstəqil dövlətimizi qurdu. Bu gün Prezident İlham Əlyiev bu siyasəti davam etdirir. Bu dövlətin qurucusu var, biz mütləq Heydər Əliyevi yada salmalıyıq. Heydər Əliyev olmasaydı, bu gün müstəqil, inkişaf etmiş Azərbaycan olmazdı. Biz parlamentdə bir bəyanat, müraciət qəbul etməliyik. Bu tarixi yaradan, həyatını bu yola həsr edən var ”.

Deputat Məlahət İbrahimqızı də S. Novruzovun bu təklifini dəstəkləyib.