30 iyun 2020 13:43
3267

SOCAR-ın neft-kimya məhsullarından gəlirləri artırıb

SOCAR 2019-cu ildə neft-kimya məhsullarının satışından 3 914 milyon manat gəlir əldə edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 0,5 % çoxdur. 

"İki sahil" SOCAR-ın 2019-cu il üçün konsolidasiya edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, 2018-ci ildə SOCAR neft-kimya məhsulları üzrə gəlirləri 3 894 milyon manat təşkil edib. 

Qeyd edək ki, 2019-cu ildə SOCAR-ın ümumi gəlirləri 83 752 milyon manat olub. Bu, 2018-ci il ilə müqayisədə 22,3 % azdır.