“Barselona” klubunun sabiq futbolçusu Luis Suaresin “Atletiko”dakı yeni forma nömrəsi bəlli olub.
“İki sahil” AZƏRTAC-a istinadla xəbər verir ki, hücumçu “Atletiko Madrid”də 9 nömrə altında çıxış edəcək.
Madrid “Atletiko”su bu transfer üçün Kataloniya təmsilçisinə 6 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, Suares 2014-cü ildən “Barselona”da çıxış edirdi. O, ötən mövsüm meydana çıxdığı 36 oyunda 21 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar