22 noyabr 2019 19:38
977

Təmsilçimiz beynəlxalq forumda çıxış edib

VIII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun işində Azərbaycan  “QƏSR” Mədəni İrs və Tarixi Abidələri Qoruyaq” İctimai Birliyi sədrinin birinci müavini, ICOMAM Beynəlxalq Komitəsi İdarə Heyətinin üzvü Pərvin Gözəlov iştirak etmişdir.

Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu yarandığı gündən böyük işlər görüb. VIII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu iri miqyaslı mədəniyyət tədbiridir. Bu il keçirilən Forumun mövzusu "Qloballaşma şəraitində mədəniyyət kodları" adlı aktual  tədbirdə 95-dən çox ölkədən, 4300 nəfər mütəxəssis və həvəskar toplanmışdı. Forumun rəsmi açılış mərasimində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin adından müraciət oxunub, dövlət başçısının salamı Forum iştirakçılarına və qonaqlara çatdırılıb. Tədbirin keçirilməsində təşkilatçılara və iştirakçılara səmərəli əməkdaşlıq arzuları ifadə edilib. Forumda dünyanın tanınmış elm və mədəniyyət xadimləri, Rusiya Federasiyasının yüksək vəzifəli şəxsləri müzakirə olunan mövzular ətrafında maraqlı və zəngin faktlarla çıxış ediblər.

Müzakirə zamanı söz alan təmsilçimiz Pərvin Gözəlov bayraqların aid olduqları bölmənin adlarının və üzərlərindəki yazıları rus dilinə tərcümə etməyi təklif edib və  mövzunu davam etdirmək üçün üzərlərində “balıq” rəmzi təsvir edilən Osmanlı İmperiyasının 25-ci piyada alayının döyüş bayrağı və Gəncə xanlığının hakimi Cavad xanın təsis etdiyi bayraqlar barədə ətraflı məlumat verib. Alimin “Azərbaycan xanlıqlarının bayraqları dövlətçilik tarixinin öyrənilməsində mənbə kimi” adlı monoqrafiyasında əks etdirilən məlumatlar Forum iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Vəli İlyasov, “İki sahil”