31 oktyabr 2020 00:21
753

“Trabzonspor” Super Liqada yenə uduzub

Türkiyə Super Liqasında VII tur başlayıb.
 
"İki sahil" xəbər verir ki, turun ilk oyun günündə 2 matç baş tutub.

“Fatih Karagümrük” öz meydanında “Ərzurum BB” ilə qarşılaşıb. 6 qolun vurulduğu görüşün taleyini ilk yarıda həll edən meydan sahibləri darmadağına sevinib.

Mövsümə uğursuz başlayan “Trabzonspor” “Kasımpaşa”nı qəbul edib. Məhsuldar keçən görüşdə 7 qol vurulub. Trabzonlular iki top üstünlüyü qazansa da, sonda məğlubiyyətə üzülüb.

Qeyd edək ki, tura noyabrın 2-də yekun vurulacaq.

Türkiyə Super Liqası
VII tur
30 oktyabr
“Fatih Karagümrük” – “Ərzurum BB” – 5:1
Ndiaye, 11, 45, Biqlia, 28 (pen.), Ndao, 71, Sabo, 90+4 – Qomes. 90
“Trabzonspor” – “Kasımpaşa” – 3:4
Asan, 23, Nvakaeme, 31, 38 – Tirpan, 8, Erdoğan, 41, Edqar Le, 87 (avtoqol), Koyta, 90