03 dekabr 2020 11:12
613

“Traktor”dan yeni mövsümdə ilk qələbə

Futbol üzrə İran çempionatında 4-cü turun oyunları keçirilib. 

“İki sahil” “sport24.az”-a istinadən  xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Mes Rafsancan”la qarşılaşıb. Təbriz klubu bu oyundan qələbə ilə ayrılıb – 1:0. Bu, Cənubi Azərbaycan nəhənginin yeni mövsümdəki ilk qələbəsidir.

Təbrizin digər təmsilçisi “Maşinsazi” klubu isə bu turda “Gol Gohar”la ev oyununda minimal hesabla uduzub.

Dörd turdan sonra 5 xalı olan “Traktor” 16 kollektiv arasında 10-cu, 1 xala malik “Maşinsazi” isə 15-ci pillədə qərarlaşıb.