19 oktyabr 2020 14:54
732

Türkiyə millisində ciddi itki

“Lester”in futbolçusu Çağlar Söyüncü sıradan çıxıb.

"İki sahil" Qol.az-a istinadən xəbər verir ki, Türkiyə millisinin müdafiəçisi əzələsindən zədələnib. Bu barədə baş məşqçi Brendan Rocers yerli mətbuata açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, Söyüncü 3 ay komandasına kömək edə bilməyəcək.