15 yanvar 2019 15:38
217

Türkiyədə 9 PKK-çı həbs olunub

Türkiyənin təhlükəsizlik qüvvələri İstanbul şəhərində genişmiqyaslı antiterror əməliyyatı keçirib.

Başakşəhir, Bəyoğlu, Sancaktəpə, Sultanbəyli və Şişlidə eyni zamanda keçirilən əməliyyatlarda 9 PKK mənsubu həbs olunub. Saxlanılan şəxslər “Molotov kokteyli” ilə terror aktları törətməkdə, o cümlədən avtomobillərin yandırılması cinayətinə görə axtarışda olublar.