31 iyul 2020 13:47
2607

Türkiyənin F-16 təyyarələri Azərbaycana gəlib

Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri “TurAz Qartalı-2020” birgə təlimlərində iştirak etmək üçün Azərbaycana gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə bildiriblər ki, əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkələrimizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qarşılanma mərasimində çıxış edənlər təlimlərin Azərbaycanda təşkil olunmasının vacibliyini vurğulayaraq, bundan qürur hissi duyduqlarını bildirib və döyüş aviasiyasının uçuşlarının yüksək səviyyədə keçirilməsində iştirakçılara uğurlar arzulayıblar.