16 yanvar 2019 14:10
420

Üç uşaq soyuducu kamerada boğulub

ABŞ-ın Florida ştatında evlərində oynayan üç azyaşlı soyuducu kameraya girib və orada boğulublar.

AZƏRTAC xəbər verir ki, Suvanni dairəsi şerifinin ofisinin məlumatına görə ilkin tədqiqatlarda faciə axşamı 1, 4 və 6 yaşlarında uşaqların həyətdə oynadıqları bildirilir. Uşaqlardan birinin anası evdən çıxdıqdan sonra onlar küçədəki soyuducunun içinə giriblər. Həyətə qayıdan uşaqların anası və nənəsi hər yeri axtarsalar da, körpələri tapa bilməyiblər. Yalnız 40 dəqiqə ötdükdən sonra onlar soyuducu kameraya baxmaq qərarına gəliblər və orada uşaqları ölü vəziyyətində tapıblar. “911” xidmətinin tibb heyəti gəldikdən sonra azyaşlılar xəstəxanaya çatdırılsa da, onları həyata qaytarmaq mümkün olmayıb.