04 avqust 2020 00:56
1033

Uçan taksilərin sınağı keçirildi

Almaniyada uçan taksilərin sınaqlarına başlanılıb. Nəqliyyat vasitələri “CityAirbus” adlanır. Onlar distant idarə olunur və elektrik enerjisi ilə çalışırlar.

“Qafqazinfo” bildirir ki, bu barədə “Travel and Leisure” yazıb.

Saatda 120 km ilə hərəkət edən uçan taksilər 4 nəfərədək sərnişini 100 kilometrədək məsafəyə daşıya bilirlər. Onların idarə olunması üçün sürücü tələb olunmur. Hər bir nəqliyyat vasitəsi propellerlərlə təchiz olunub. Onlar, demək olar, səssiz çalışır.