22 yanvar 2020 19:58
1292

Uğurlu siyasət Azərbaycanı regionun lider dövlətinə çevirib

Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP)  120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizədi Ceyhun Məmmədovun təbliğat-təşviqat kampaniyası çərçivəsində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin evlərində sakinlərlə görüş olub. Sonra seçicilərin iştirakı ilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Mərkəzi Seçki Qərargahı Cəbrayıl rayon şöbəsinin və  partiyanın rayon təşkilatının sədri Arif Fərzəliyev YAP-ın keçdiyi şərəfli tarixi yola nəzər salıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb və Azərbaycanı regionun lider dövlətinə çevrilib.

A.Fərzəliyev, eyni zamanda, qarşıdan gələn növbədənkənar parlament seçkiləri haqqında danışıb, seçkilərdə YAP tərəfindən ən layiqli namizədlərin irəli sürüldüyünü qeyd edib.

Görüşdə çıxış edən deputatlığa namizəd C.Məmmədov seçki platforması haqqında geniş məlumat verərək, qanunvericilik fəaliyyəti, Dağlıq Qarabağ münaqişəsinin həlli, təhsil, idman, səyhiyyə, milli-mənəvi dəyərlərin qorunması, gənclərə qayğı və əhalinin məşğulluğu istiqamətində görəcəyi işlər barədə danışıb.

C.Məmmədov vurğulayıb ki, deputat seçiləcəyi təqdirdə ona göstərilən etimadı doğrultmaq üçün əlindən gələni əsirgəməyəcək. O, ölkənin daha da inkişafı və tərəqqisinə xidmət edən yeni qanunvericilik aktlarının hazırlanmasında iştirak edəcəyini diqqətə çatdırıb.

Daha sonra Cəbrayıl Rayon Ağsaqqallar Şurasının sədr müavini Əyyub Quliyev, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə Ceyhun Məmmədov haqqında ümumi məlumat verərək, onun fəaliyyətini yüksək qiymətləndiriblər.