11 iyul 2020 12:36
898

Ukraynada son sutkada koronavirusdan 27 nəfər ölüb

Ukraynada son sutkada 800 nəfər koronavirusa yoluxub, 27 nəfər ölüb. Ən çox yoluxma Kiyev və Lvov vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 52 min 843 nəfərə çatıb. Virusdan ölənlərin ümumi sayı 1372 nəfərdir, 26 mindən çox xəstə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti iyulun 31-dək uzadılıb.