27 oktyabr 2020 18:30
640

Ukraynalı ekspert: Azərbaycanın addımları olduqca məntiqlidir

Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Danışıqlar prosesinin uzun müddətdir düyünə düşdüyünü nəzərə alsaq, Azərbaycanın hərəkətləri olduqca məntiqlidir. Aydındır ki, bu cür yanaşmalar müasir dünyada oxşar problemlərin həll edilməsində trendə çevriləcək.

Bu barədə AZƏRTAC-a açıqlamasında ukraynalı siyasi ekspert Petro Oleşşuk bildirib.

P.Oleşşuk hesab edir ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı şübhə doğuran istənilən variant qəbuledilməzdir. Münaqişələr beynəlxalq hüququn prinsipləri əsasında həll edilməlidir. Ukrayna da oxşar problemi yaşayır.

Onun sözlərinə görə, Azərbaycanın təcrübəsi öyrəniləcək, lakin Ukraynanın ərazi bütövlüyü məsələsində hazırkı vəziyyət çətin ki, Azərbaycan təcrübəsini tam şəkildə tətbiq etməyə imkan versin.