11 sentyabr 2019 17:42
819

Ukraynanın AV “Lixt” şirkəti Azərbaycanla əməkdaşlığa maraq göstərir

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.

AZPROMO-dan "İki sahil"ə bildirilib ki, Ukraynanın AV “Lixt” şirkəti Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Şirkətin əməkdaşlıq təklifi AZPROMO-ya daxil olub. AV “Lixt” “Seçmə bitkilərin” yetişdirilməsində, sahibkar və ferma təsərrüfatlarına yardım göstərilməsi sahəsində ixtisaslaşıb.