25 aprel 2019 19:20
1323

Uşaq musiqi məktəbində konsert təşkil edilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinin 2 nömrəli “Xalq-çalğı alətləri” şöbəsi maraqlı və yaddaqalan konsert təşkil edib.

Konsertdə məktəbin şagirdləri milli çalğı alətlərimizdə xalq və bəstəkar musiqilərini məharətlə ifa ediblər.

Konsert tamaşaçılar tərəfindən maraqla qarşılanıb.