19 noyabr 2019 10:38
1610

Üzük taxmağın ziyanı və faydaları

Kanzas Universitetinin (ABŞ) Tibb mərkəzinin mütəxəssisləri sübut edir ki, taxdığımız üzüklər sağlamlığımıza təsir edir. Məsələ bundadır ki, barmaqlarımızda 80-ə qədər aktiv nöqtələr yerləşir.

Bu nöqtələrə təsir etməklə müxtəlif daxili orqanların fəaliyyətinə təsir etmək mümkündür. 

Nişan üzüyünün məhz adsız barmağa taxılması təsadüfi deyil. Adsız barmaqda olan aktiv nöqtələrin üzük vasitəsilə stimulyasiyası insanın həyatına təsir edir, libidonu artırır. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, nişan üzüyü barmağınızı sıxırsa, onu taxmaq olmaz. Bu orqanizmin hormonal funksiyalarına mənfi təsir edir. Bu, xüsusilə kişilərə aiddir.  

Orta barmağa taxılan üzük ürək-damar və endokrin sistemləri ilə bağlı olan aktiv nöqtələrə təsir edir.

Çeçələ barmağa taxılan üzük isə mədə və bağırsaq işinə təsir edən nöqtələri stimullaşdırır.

Lakin alimlər qeyd edir ki, üzükləri daim taxmaq olmaz. Belə ki, çeçələ barmağınıza daim üzük taxırsınızsa, bu 12 barmaq bağırsağın fəaliyyətinin pozulmasına səbəb ola bilər.

Mütəxəssislərdən üzüklərin taxılması ilə bağlı bəzi tövsiyələr:

- üzükləri daim, hər gün taxmayın

- gecə yatarkən üzükləri mütləq çıxarın

- bir barmağa bir neçə üzük taxmayın

- barmaqlarınızı sıxan üzükləri taxmayın

- hər gün üzüklərinizi müxtəlif barmaqlarınıza taxın. Bununla siz bir çox aktiv nöqtələrə təsir edəcəksiniz.   

Röya Rasimqızı, “İki sahil”