08 iyul 2020 17:05
1130

Van gölündə batan qayığın yeri müəyyən edilib

Türkiyədə, Van gölündə batan qayığın yeri 107 metr dərinlikdə müəyyən edilib. Qayıqda 45-dən yuxarı qaçqının cəsədinin olduğu ehtimal edilir.

İndiyədək göldən 13 cəsəd çıxarılıb.

Son günlər Milli Müdafiə Nazirliyinin birinci dərəcəli dalğıc qrupu sualtı cihazlarla gölün dibində axtarış aparırdı. //AZƏRTAC