25 noyabr 2020 15:10
1333

Varazdat Karapetyan deputat mandatından imtina edib

Ermənistanlı deputat Varazdat Karapetyan mandatından imtina edib.

"İki sahil" “Report”a istinadən xəbər verir ki, o, Ermənistanın Çində ticarət nümayəndəsi olacaq.

“Bu gün mən deputat mandatından imtina ərizəsini yazmışam. Dekabrın 4-dən Ermənistanın Çində ticarət nümayəndəsi vəzifəsini yerinə yetirməyə başlayacağam”, - V.Karapetyan bildirib.

Qeyd edək ki, Varazdat Karapetyan baş nazir Nikol Paşinyanın “Mənim addımım” fraksiyasından deputat olub.