10 may 2019 16:58
1417

Xalq artisti: Dedim ki, səhnədə erməni bayrağı olmayacaq - VİDEO

ARB TV-nin "Səhər-Səhər" proqramının qonağı xalq artisti Brilliant Dadaşova olub.

"İki sahil" Milli.Az-a sitinadən xəbər verir ki, Sənətçi Amerikada ermənilər qarşısında etdiyi çıxışından danışıb:

"Keçmiş Qafqaz ölkələri arasında sorğu aparılıb və Azərbaycan musiqisi 1-ci yerə çıxmışdı. Amerikaya dəvət aldım. Zaldakı tamaşaçıların çoxu ermənilər idi. Mənə təklif olundu ki, səhnəyə çıxmayım, təhlükəli ola bilər. Lakin mən etiraz etdim. Mənim üçün ayıb olardı ki, ora kimi gedib səhnəyə çıxmayım. Səhnəyə çıxıb ifa etdim. Bayrağımızı da dalğalandırdım. Lakin öncədən təşkilatçılara dedim ki, səhnədə erməni bayrağı olmayacaq. Məndən sonra çıxan erməni müğənni oxudu, amma bayrağı qaldırmadı. Jüridə oturanların da əksəriyyəti erməni idi. Buna baxmayaraq mən mükafat aldım".