05 avqust 2020 16:53
1237

Yer üzünün Əhriməni

  Və yaxud bəşəriyyətin diqqətindən “yayınan” erməni faşizmi

 

  Düyanın ən qədim etiqadlarından biri olan Zərdüştilikdə Əhrimən hərfi mənada “pisniyyətli və ya xəbis ruh” deməkdir, o bədheybət məxluqdur,  şərin  və zülmətin mənbəyidir. Hələ XIII əsrdə Şərqin böyük mütəfəkkiri Sədi Şirazi bəşəriyyəti  mənfur erməni xislətindən agah edərək: “Yer üzünün Əhriməni  erməni, insanlığın düşmənidir, düşməni” söyləmişdi.  Əfsuslar olsun ki,  ermənilərin əzəli və əbədi  yarlığına çevrilmiş  pis, xəbis, məkrli niyyətlərinə nə müdrik Şərqdə, nə də Şərqin sərvətləri ilə dirçələn Qərbdə baş qoşdular. Müdrik  kəlamların birində deyilir: “Zülm meyvəsi yetirən budağə sındırın, zülmkarlıq ağacını kökundən kəsin.”          

Zaman-zaman pöhrələnən,  qol-budaq atan “erməni ağacı” nəinki Cənubi Qafqazda, hətta Avropa  ölkələrində  zülm meyvəsi  yetişdirdi, aqressiyanın, terrorun, faşist ruhlu  “virusun”  daşıyıcısına çevrildi.  Bəlkə elə buna görə də dünyanın müxtəlif şəhərlərində qanlı aksiyalar törətmiş  ilk erməni terror təşkilatlarından biri "Hnçak" partiya kimi  Qərbi Avropada  yaradıldı. Əsas məqsədi "böyük Ermənistan" dövləti yaratmaq olan  bu partiyanın proqramında  göstərilir ki, qarşıya qoyulan məqsədə çatmaq üçün təbliğat, təşviqat, terrorizm və dağıdıcı təşkilat yaradılması metodu seçilməlidir. "Hnçak"dan  3 il  sonra yaranan və faşizmin qəbul etdiyi xəncərli xaçı simvol seçən "Daşnaksütyun"  partiyası da 1892-ci ildə  Tiflisdə keçirdiyi ilk qurultayında  türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar çıxartdı. Daşnaksütyun partiyasının mövcudluğu indi də Ermənistanda faşist ideologiyasının əsas elementlərindən biridir. 1975-ci ildə yaradılan "Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu"nun (ASALA) və digər erməni təşkilatlarının da məqsədi "sələf"lərinin yolunu davam etdirmək, Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirməkdir.

    Bəs görəsən ermənilərin Türkiyə və  Azərbaycan  müsəlmanlarına qarşı əbədi  düşmənçiliyinə səbəb nədir? Görkəmli rus alimi İ.M.Dyakonov ermənilərin nəinki Cənubi Qafqaza, hətta “vətən axtarışı” ilə Kiçik Asiyaya gəlmə olduqlarını sübüt edir. Ermənilərin keçmişi barədə tarixçi Qaraqaşyan yazırdı ki, “ermənilərin keçmişi haqqında tarix və ya salnamə sayıla biləcək məlumatlar yoxdur.”(“İstoriya vostoçnoqo voprosa.” London, 1905) “Erməni xalqının tarixi” əsərində də  erməni tarixçiləri öz əcdadlarının Avropadan, Balkandan Asiyaya – Kiçik Asiyaya köçdüklərini etiraf edirlər. B.İşxanyan 1916-cı ildə Petroqradda çap etdirdiyi "Qafqaz xalqları" kitabında yazırdı: "Antik dövrdə ermənilərin əsl vətəni olan "böyük Ermənistan" Kiçik Asiyadan, Yeni Rusiyadan kənarda yerləşirdi. Tarixçilərin araşdırmalarına görə Fərad çayının yuxarı qolu olan Qaraçay sahilində yaşayan ermənilər artıb çoxalandan sonra torpaq iştahasına düşüblər. Onlar çox sonralar Ağbaba, Çuxur Səd, Şərur mahallarına gəliblər. Van gölündən başlayaraq Urmiya, Göyçə gölünə qədər olan məsafəni işğal ediblər." Başqa bir erməni tarixçisi K.Patkanyan isə  belə yazırdı: "Ermənistan heç bir zaman bəşər tarixində xüsusi rol oynamamışdı. "böyük Ermənistan" ermənilərin yayılıb səpələndikləri bir regionun coğrafi adıdır."

 Ermənilərin Qafqazada  yoxdan var olması barədə Gürcüstan Milli Akademiyasının rus dilində nəşri olan"Ermənilər Ermənistan axtarışında"  kitabında  gürcü tarixçi yazır: "Hayların (ermənilərin) - "mifik Haykın övladları olan, planetin ən qədim xalqı"nın peyda olması, Cənubi Qafqazda erməni dövlətinin yaradılması Çar Rusiyasının fəaliyyətinin nəticəsidir. Ermənilərin Türkiyə və İrandan Azərbaycan və Gürcüstan ərazilərinə köçürülməsində isə əsas rol Qriqorian kilsəsinə məxsusdur. Qriqorian kilsəsinin Rus imperiyası və Avropa dövlətləri ilə əlaqələri XVII əsrə təsadüf edir. Ermənilər elə o vaxtdan avropalıları inandırmağa çalışırdılar ki, guya, müsəlmanlar "Avropa ilə bir dinə tapınan erməni xalqını istismar edirlər." 1699-cu ildə Qriqorian kilsəsinin razılığı ilə iki erməni - İsrail Ori və Minas Vardapet Avropa ölkələrini gəzərək erməni dövləti yaratmaq planlarından danışırdılar. Ancaq onlar bu avantürist fikirlərinə Avropada dəstək tapa bilməyib Rusiyaya üz tutdular. Professor  B.Kvarastxeliya qeyd edir ki, XIX-XX əsrlər ermənilər tərəfindən özgə torpaqlarını zəbt eləyib ələ keçirmək və bu torpaqlarda "böyük Ermənistan" adlanan öz dövlətlərini yaratmaqla yadda qalıbdır. “Ermənilər Ermənistan axtarışında"  kitabında  "erməni məsələsi"nin Gürcüstandan da yan ötmədiyini vurğulanır: "Ermənilərin yığcam yaşadıqları yerlər həmişə separatçılıq mərkəzinə çevrilir. Buna sübut olaraq keçmişdə Osmanlı imperiyasındakı, bu gün isə Azərbaycanın Dağlıq Qarabağ, Gürcüstanın Cavaxetiya bölgəsindəki hadisələri göstərmək olar. Tarixi təcrübə də hadisələrin məhz belə bir istiqamətdə inkişaf edəcəyindən xəbər verir."

Qonşu xalqın naşükürlüyünü  A. Sereteli belə qələmə almışdı: "Gürcü çarlarının ermənilərə yazığı gəlib, onları ticarətlə məşğul olmaq üçün Gürcüstanın müxtəlif guşələrində yerləşdirdilər, onlara hətta şəhərlər verildi. Gürcülər isə çoxsaylı düşmənlərlə müharibədən yorulub geri qayıtdıqda təəccüblə gördülər ki, onların evləri "qardaş" dedikləri ermənilər tərəfindən zəbt olunub. Üzr istəmək əvəzinə isə onlar qışqırıb bağırırlar: "Siz kimsiniz, haradan gəlmisiniz? Siz burada nə vaxt yaşamısınız? Bu torpaq həmişə bizim olub!" Sübut üçün isə elə gürcü kilsələrini, məbədlərini göstərirdilər. Orada isə artıq gürcü yazılarını pozub ermənicə yazmışdılar." 

Beləliklə, 1813-1828-ci ilə qədər 410 min kvadratkilometr sahəsi olan Azərbaycan torpağı 86,4 min kvadratkilometr qalana qədər erməni təcavüzkarları və onların tərəfdarları tərəfindən ya parçalanıb, ya da işğal edilmişdir. Hazırda mono-etnik ölkə olan Ermənistanın təcavüzkar  siyasətinin səbəbini  araşdıran  alimlər ölkəmizin  taleyi və tarixi ilə bağlı  hadisələri əsasən üç dövrə bölürlər: 1667-ci ildən İrəvan xanlığının zəbt olunmasından - 1828-ci ilə qədər olan dövr; 1828-ci ildən Böyük Oktyabr Sosialist İnqilabının qələbəsinə - 1917-ci ilə qədər dövr; 1917-ci ildən 1988-ci ilə qədər olan dövr. Lakin  1988-ci ildən Azərbaycana qarşı başlanan  növbəti təcavüzkarlıq  siyasəti  bu günə kimi davam edir. Son 30 ildə dəfələrlə şahid  olmuşuq ki,  ermənilərin  Azərbaycanın  mülki əhalisinə qarşı törətdiyi cinayətlər Ermənistanın faşist dövləti olduğuna dəlalət edir.

  Xocalı faciəsi isə erməni faşistlərinin dinc azərbaycanlılara qarşı törətdiyi soyqırımlarının ürəkparçalayan dəhşətli səhnələri yadda qaldı. Niyə erməni faşist cəlladları dinc əhalini bu qədər qəddarlıqla qətlə yetirdilər?  5 dekabr 2000-ci ildə Ermənistanın sabiq prezidenti Serj Sarkisyan müdafiə naziri olarkən britaniyalı jurnalist Tomas de Vaalın verdiyi bu suala çox soyuqqanlılıqla cavab vermiş və erməni dəstələrinin insanlığa qarşı vandalizm aktı törətdiyini fəxrlə etiraf etmişdi: “Xocalıya qədər azərbaycanlılar belə düşünürdülər ki, ermənilər dinc əhalini məhv edə bilməz. Biz bu stereotipi qıra bildik.” Bu etirafda səslənən fakt dünya hüquq təcrübəsində dövlət cinayəti kimi qiymətləndirilir. Təəssüf ki, beynəlxalq məhkəmə belə fakta əhəmiyyət vermədi.  Erməni ekstremistlərinin  isə Azərbaycanın qədim Xocalı şəhərini məhv etməsinin başqa bir səbəbi də var  idi. Xocalını dağıtmaqla ermənilər e.ə. 13-17-ci əsrlərə aid ­Xocalı–Gədəbəy mədəniyyətinin bütün nümunələrini  Yer üzündən silmək məqsədilə qlobal miqyaslı vandalizm aktı törətdilər. Amma erməni “başbilənləri” yenə faşist niyyətlərindən əl çəkmədilər. Ermənistanın 2-ci prezidenti Robert Koçaryan Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında 16 yanvar 2003-cü il tarixində etdiyi çıxışında "ermənilərlə azərbaycanlıların genetik baxımdan uyğunsuz" olduğunu bildirmişdir. Koçaryan bu fikri Avropa Şurasının Parlament Assambleyasında da söyləmişdir. R.Koçaryanın ixtisasca həkim olan arvadı Bella Koçaryan isə Ermənistanda Qan köçürülməsi mərkəzinin açılışında demişdir: "ermənilərə yalnız erməni qanı vurulmalıdır. Erməni qanı spesifik genetik struktura malikdir." Bu fikirlər faşist Almaniyasında "Qan və Torpaq" (Blut und Boden) şüarını xatırladır. Hitler Almaniyasında da almanların seçilmiş Ari irqə məxsus olduqları barədə təbliğat aparılırdı.

Bütün bunların məntiqi ardıcıllığı olaraq indi Ermənistanda faşist Almaniyasına xidmət etmiş generallar Drastamat Kanayan (Dro) və Qaregin Njde təbliğ olunur. Onların irqçiliyi və antisemitizmi təbliğ edən əsərləri nəşr edilir, onlara abidələr qurulur, şərəflərinə sikkələr çıxarılır, mahnılar qoşulur, filmlər çəkilir, medallar təsis olunur.

2013-cü ildə Ermənistanda Qaregin Njde haqqında çəkilmiş filmin  büdcəsi 7 milyon ABŞ dolları təşkil edir. Filmdə “milli qəhrəmanın” ilk erməni respublikasının (1918-1920) hərbi lideri olmaqla bərabər, onun 1930-cu illərdə “Tsexakron” (millətçi, xristian və bütpərəst mistizminin irqçi birləşməsi) adlı ideologiya yaratması qabardılır. Eyni zamanda, onun Ermənistanı Stalinin Sovet İttifaqından azad etmək üçün Hitlerin erməni legionunun qurulmasında aktiv iştirak etmiş bir şəxs olduğuna işarə vurulur.  Njdenin əsas şüarı belə idi: “Almaniya üçün həlak olan Ermənistan üçün həlak olur.” Qaregin Njde  haqqında  film  Rusiyada da nümayiş etdirilmişdir. Ancaq bu filmin “qəhrəman”ların alman nasistləri ilə sıx əlaqələri haqqında danılmaz faktlar xarici ölkələrin arxivlərində, həmçinin Rusiyanın özündə də kifayət qədərdir.

2005-2008-ci illərdə Ermənistanın Milli Kino Mərkəzi tərəfindən hazırlanmış Ermənistanın dövlət televiziya kanalında göstərilən "Evə gedən yol" cizgi filmində 2050-ci ildə Ermənistan ərazisinin Gürcüstan, İran, Türkiyə və Azərbaycan torpaqları hesabına necə genişləndiyindən və bir qrup məktəblinin "düşməndən azad olunmuş" həmin ərazilərə səyahətindən bəhs edilir. Bu film vasitəsilə həm Ermənistan daxilində, həm erməni diasporunda ermənilərə uşaqlıqdan qonşu xalqlar qarşı nifrət və işğalçı ruhu aşılanır və onlara "böyük Ermənistan" xülyası təlqin edilir.

9 il bundan əvvəl Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan tələbələrlə görüşü zamanı  bir erməni gəncinin Türkiyənin ərazilərini nəzərdə tutaraq "Qərbdəki torpaqlar bizə geri dönəcəkmi?" - sualına cavab olaraq demişdi:  "Bu, sizdən və sizin nəsildən asılıdır. Bizim nəsil üzərinə düşən vəzifəni yerinə yetirdi. Qarabağı düşməndən aldıq. Hər nəslin özünün yerinə yetirilməli olduğu öhdəlikləri var." Bununla, Sarkisyan Gürcüstanın, Türkiyənin və Azərbaycanın digər ərazilərinin işğal edilməsi öhdəliyinin gənc nəslin üzərinə düşdüyünü bildirir.

Ermənistanın hazırkı prezidenti Armen Sarkisyan da erməni diasporu ilə görüşdə “ermənilərin Allah tərəfindən seçilmiş bir millət” olduğunu bildirmişdir.

Bu gün dünyanın hansı ölkəsində Türkiyə və Azərbaycan türklərinə qarşı zorakılıq, terror həyata keçirilirsə, mütləq orada erməni barmağı vardır. Eyni zamanda,  iyulun 12-də Tovuz istiqamətində erməni silahlı qüvvəllərinin təxribatından sonra bir daha məlum oldu ki, erməni faşizminin və onun havadarlarının təcavüzkar niyyətləri yalnız Dağlıq Qarabağla məhdudlaşmır.

Nurəddin Muğanlı, “İki sahil”