Hərbi təhsil sisteminin inkişafına dəstək üzrə NATO-Azərbaycan birgə fəaliyyət planına uyğun olaraq, Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində NATO-nun ekspert qrupu tərəfindən Müdafiə Nazirliyi və Alyansın mütəxəssisləri arasında işçi görüşü keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Silahlı Qüvvələrin Hərbi Akademiyasında iyulun 27-dək davam edəcək işçi görüşündə müasir pedaqoji texnologiyalar, taksonomiyanın əsasları və s. məsələlər ətrafında müzakirələr aparılır.
Hərbi təhsil müəssisələrinin müəllimləri üçün NATO proqramı üzrə təlim başa çatıb
Gürcüstan Müdafiə Qüvvələri komandanının ölkəmizə səfəri davam edir - FOTO/VİDEO