Bu il üçün hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin (HHQ) bölmələri ilə paraşüt hazırlığı üzrə məşqlər keçirilir.
"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, məşqlər zamanı şəxsi heyət tərəfindən paraşüt tullanışları üzrə müxtəlif tapşırıqlar yerinə yetirilir.
Məşqlərin keçirilməsində əsas məqsəd şəxsi heyətin paraşüt tullanışları vərdişlərinin təkmilləşdirilməsi, həmçinin onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılmasıdır.
Hərbi təhsil müəssisələrinin müəllimləri üçün NATO proqramı üzrə təlim başa çatıb
Gürcüstan Müdafiə Qüvvələri komandanının ölkəmizə səfəri davam edir - FOTO/VİDEO