Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlikləri arasında imzalanmış fəaliyyət planına əsasən, Bakıda kibertəhlükəsizlik sahəsində təcrübə mübadiləsinə dair işçi görüşü keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə dünyada baş verən lokal hərbi münaqişələr, terror təhlükəsi və informasiya sistemlərinə kiberhücumların sayının artması məsələləri, eləcə də qlobal kibertəhlükəsizlik sahəsində vahid fəaliyyət sisteminin təşkilinin vacibliyi müzakirə olunub.
Hərbi təhsil müəssisələrinin müəllimləri üçün NATO proqramı üzrə təlim başa çatıb
Gürcüstan Müdafiə Qüvvələri komandanının ölkəmizə səfəri davam edir - FOTO/VİDEO