Valideyn övladını uşaq baxçasından götürən zaman onun əsas suallarından biri “Bu gün o necə yeyib?” deyə soruşmaqdır.
Sual çox vaxt həyəcanlı şəkildə uşağın iştirakı ilə verilir. Həkimlərin fikirlərinə görə, uşaqlar nə zaman və nə qədər yemək lazım olduğunu özləri çox yaxşı bilirlər və bununla mübarizədə istifadə oluna biləcək “yeganə dərman” aclıq hissidir.
“Bu gün sən nə yemisən?” deyə soruşmayın. Soruşun: “ Ən maraqlı nə olub bu gün?”
Bundan başqa, mütəmadi olaraq bu sualdan imtina edin: “Bu gün sənin xətrinə dəyən olub?” sualın özü uşağın düşüncəsində baxçadan ona zərər gələ biləcək, hər an onun xətrinə dəyə biləcək hadisənin baş verə biləcəyini yaradır. Uşaq gərginləşir və diqqətini digər uşaqlar tərəfindən “incidilmək” kimi neqativ hallara yönəldir. Belə olduqda uşağın ananın və ya atanın axşam ona verəcəyi “Xətrinə dəyən olmayıb?” sualına qarşı cavab vermək kimi şansı olur.
Ən yaxşı sual: “Bu gün sən kiminlə oynamısan?”
Məktəb şagirdinə valideynlərin verdiyi əsas sual: “Bu gün nə qiymət almısan?” Cavabında isə alınan qiymətlərin sadalanmasını gözləyirik.
Qiymətdən başqa uşaq emosiya, təəssürat, gülüş, təcrübə qazanır.
“Bu gün yeni nə öyrənmisən? Maraqlı nələr olub?” kimi suallar verin. Ən yaxşı suallardan biri isə budur: “Günü yenidən yaşamaq imkanın olsaydı nəyi dəyişərdin?”. Bu kimi suallar versəniz siz uşağınız haqqında daha çox məlumat əldə etmiş olacaqsınız. Bundan başqa ona etdikləri səhvləri təhlil etməyi və nəticə çıxartmağı öyrədin.
Daha bir sual: “Bu gün müvəffəqiyyət qazanmısan?”. Belə bir sual uşaqları qıcıqlandırır. Belə ki, uşaq hər gün uğur qazana bilməz və uşaqda elə bir hiss yaranır ki, valideyn ilə yalnız müvəffəqiyyət haqqında söhbət etmək olar. Valideyn bilməlidir ki, övladları ilə təkcə onların əldə etdikləri nailiyyətləri haqqında deyil, çətinliklər və məyusluqlar haqqında da danışmaq lazımdır.