16 sentyabr 2025 16:25
90

"Aston Martin"dən 60 illik yubileyə hədiyyə

"Aston Martin" "Volante" modelinin 60 illik yubileyini qeyd etdi. Yubiley şərəfinə "Aston Martin" Vanquish və DB12-nin xüsusi versiyalarını hazırlayıb.

“İki sahil” xəbər verir ki, bi barədə "Kommersant" məlumat yayıb.

Hər iki model Volante Edition-ın 60-cı yubileyinə həsr olunub.

İnteryer tünd qoz ağacından işlənib, mərkəzi konsolda bürünc tonlu idarəedicilər var. Hər bir model 60 ədədlə məhdudlaşacaq, çatdırılma ilin sonuna planlaşdırılıb və qiymət göstərilməyib.