13 fevral 2019 11:51
1164

Azneft İB-nin istismar etdiyi ən dərin quyu

2012-ci ildə “Bulla-dəniz” yatağında 6505 metr dərinliyə qazılmış 89 nömrəli quyu hazırda Azneft İB-nin istismar etdiyi ən dərin quyudur.

Quyu gündəlik 6 ton kondensat, 39 min kubmetr qaz hasilatı ilə işləyir. Quyunun dərinliyi Azərbaycanın ən yüksək Bazardüzü dağ zirvəsinin hündürlüyündən (4466 m) çoxdur.