22 fevral 2019 15:18
726

Əliyev RFİ İcraiyyə Komitəsinə üzv seçilib

Rusiya Futbol İttifaqanın (RFS) İcraiyyə Komitəsinin üzvlüyünə seçki keçirilib.

"İki sahil" “Report”a istinadən xəbər verir ki, qurumun Növbədənkənar Konfransı çərçivəsində baş tutan tədbirdə Rusiya Mini-Futbol Assosiasiyasının (AMFR) əslən azərbaycanlı prezidenti Emil Əliyev təkrar üzv seçilib.

Onunla yanaşı daha 21 nəfər - Rusiya Futbol Premyer Liqasının prezidenti Sergey Pryadkin, Milli Futbol Liqasının rəhbəri İqor Yefremov, Peşəkar Futbol Liqasının başçısı Andrey Sokolov və digər şəxslər qurumda yer alacaqlar.

İcraiyyə Komitəsinin yeni tərkibinin səlahiyyət müddəti 9 fevral 2021-ci ildə qədərdir.

Qeyd edək ki, bu gün “Zenit”in Direktorlar Şurasının sədri Aleksandr Dükov RFS-in yeni prezidenti seçilib.