"Mançester Yunayted" İngiltərə Premyer Liqasında 35-ci tur oyununa çıxıb.
“İki sahil” xəbər verir ki, Mançester təmsilçisi "Bernli"ni qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb.
"Mançester Yunayted" - "Bernli" - 1:1
Qollar: Antoni, 79 (1:0), Amduni, 87 (1:1)
Bu nəticədən sonra "Mançester Yunayted" 54 xalla (34 oyun) 6-cı pillədə qərarlaşıb, "Bernli" 24 xalla (35 oyun) 19-cudur. Siyahıya 77 xalla (34 oyun) "Arsenal" başçılıq edir.