Respublikanın 14 rayonunda qadınlardan ibarət biznes kollektivləri təşkil edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri İnam Kərimov deyib.
Nazir bildirib ki, Kənd Təsərrüfatı Nazirliyinin qarşısında duran əsas vəzifələrdən biri də qadınlara biznes imkanlarının yaradılmasıdır.
İ.Kərimov qadınların potensialından istifadə etməyin zəruriliyini vurğulayıb. Qeyd edib ki, bu sahədə nazirlik tərəfindən Dünya Bankı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə bir sıra layihələr həyata keçirililib, respublikanın 14 rayonunda qadınlardan ibarət biznes kollektivləri təşkil olunub.