18 iyun 2025 17:42
115

Azərbaycanın xarici ticarət dövriyyəsi 14%-ə yaxın artıb

Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ticarət dövriyyəsi 20 milyard 966 milyon ABŞ dollarına bərabər olub ki, bu da ötən illin eyni dövrünə nisbətən 13.7% çoxdur.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Son bir ildə ölkə üzrə ixrac 1.2% azalaraq 11 milyard ABŞ dolları təşkil edib. İdxal isə 36.5% artaraq 9 milyard 964.8 milyon ABŞ dollarına yüksəlib.

Xarici ticarət dövriyyəsində 1 milyard 36.3 milyon dollarlıq müsbət saldo yaransa da, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 3.7 dəfə azdır.