Martın 12-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Qayıdış” parkında Novruz bayramına həsr olunmuş tədbir keçiriləcək.
Mədəniyyət Nazirliyindən bildirilib ki, 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusu tərəfindən azad edilən və dövlət başçısının xüsusi diqqəti sayəsində qısa müddətdə yenidən qurulan Cocuq Mərcanlıda bayram tonqalı yandırılacaq. Bayramın rəmzləri olan Bahar qızı, Kosa və Keçəl qonaqları salamlayacaq, incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunacaq.
“Cənnətin iqamətgahı” sənədli-musiqili-etnoqrafik filminin yerli premyerası keçirilib
Gəncədə III Beynəlxalq Opera Festivalı çərçivəsində Xalq artisti Fidan Hacıyevanın konsert proqramı təşkil olunub