3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür.
“İki sahil” xəbər verir ki, bu mühüm tarix 2009-cu il oktyabrın 3-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsasını qoyan Naxçıvan Sazişinin imzalanmasından sonra təsis edilib. Dörd əsas təmələ – ortaq tarixə, dilə, kimliyə və mədəniyyətə söykənən Türk Dövlətləri Təşkilatı (TDT) iştirakçı ölkələr arasında həmrəyliyin və əlaqələrin dərinləşməsinə xidmət edən mühüm regional platforma rolunu oynayır.
Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan və Azərbaycan rəhbərlərinin bir araya gəldiyi Naxçıvan Zirvə toplantısı vacib qərarların qəbulu ilə tarixə düşüb. Ölkələrarası əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni təşəbbüslərin irəli sürüldüyü Naxçıvan sammitində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsis edilməsinə dair Sazişin və Naxçıvan Bəyannaməsinin imzalanması tarixi addım kimi yaddaşlara həkk olunub. TDT-nin qarşısına qoyduğu hədəflərə çatması və fəaliyyətini səmərəli şəkildə davam etdirməsi məqsədilə bir sıra mühüm qurumlar təsis edilib. Bunların sırasına Dövlət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, Ağsaqqallar Şurası, Baş Katiblik, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA), Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Ticarət və Sənaye Palatası, Türk Biznes Şurası daxildir.
Azərbaycan və İndoneziya arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib
Bakıda Koreya Respublikasının Dövlətçilik və Silahlı Qüvvələr günləri qeyd edilib
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib - VİDEO
Yeni Azərbaycan Partiyasının yaranması ilə müstəqil Azərbaycanın siyasi həyatında yeni mərhələnin əsası qoyuldu
YAP Ordubad rayon təşkilatında partiyanın 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
Milli Məclisin sədri Türkmənistanda MDB PA-nın 61-ci plenar iclasında çıxış edib