09 yanvar 2020 14:14
619

12 raundluq döyüşü o qazandı - FOTO

Boks həvəskarlarının maraqla gözlədiyi döyüş Səudiyyə Ərəbistanında reallaşdı.

“İki sahil” xəbər verir ki, Anthony Joshua Andy Ruizdən rövanşını alıb.

Paytaxt Ər-Riyadda baş tutan və 12 raud davam edən döyüşün sonunda Anthony Joshua xal hesabı ilə qalib gələrək WBO, IBF, IBO və WBA ağır siklet kəmərlərinə 2-ci dəfə sahib olub.

Matçdan sonra açıqlama verən Anthony Joshua bildirib ki, Ruizə hörmət edir: “Ona məğlub olaraq əslində şans vermişdim. Hər zaman ac və təvazükar olmaq lazımdır. Mən eləyəm… Geri döndüm. Hələ də boksu buraxmağımı istəyənlər var?”.