12 aprel 2019 15:05
702

Tovuzda əməliyyat

Kultivasiya yolu ilə yetişdirilmiş 6 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

DİN-in mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında Əyyublu kənd sakini, əvvəllər məhkum olunmuş S.Hüseynova məxsus həyətyanı sahədə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş 6 ədəd çətənə kolu aşkar edilərək götürülüb.