22 aprel 2019 18:01
873

BŞİH: Bəstəkar Süleyman Ələsgərovun adı Kiçik Dəniz küçəsinə verilib

Azərbaycanın xalq artisti, bəstəkar Süleyman Ələsgərovun adı Bakının Nəsimi rayonunda əvvəllər Kiçik Dəniz küçəsi adlanan küçəyə verilib.

"İki sahil" xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.

Qeyd olunub ki, həmin küçə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının yaxınlığındadır.

Qeyd edək ki, martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşü olub. Görüşdə mədəniyyət işçiləri xahişlərini bildirib və təkliflərini irəli sürüblər. T.İmanov ölkə başçısına babası S.Ələsgərovun adına küçə verilməsi barədə xahiş edib. Prezident Bakıdakı küçələrdən birinə Süleyman Ələsgərovun adının verilməsi üçün göstəriş verib.