Tanınmış diktor Nailə İslamzadəyə Türkiyənin TRT Avaz kanalından əməkdaşlıq təklifi gəlib.
Publika.az xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkədə məlumat verib. O, TRT-də işlədiyi verilişdən bəzi kadrları paylaşaraq "Yenidən təklif gəldi", - deyə qeyd edib.
Qeyd edək ki, Nailə İslamzadə AzTV-də “Ailələr, talelər” verilişinin aparıcısı olub. Daha sonra TRT Avaz kanalında yayımlanan "İşte kadın" proqramının aparıcılığını edib.