21 may 2019 11:43
717

Çində avtomobil piyada keçidində 13 nəfəri vurub

Çinin Quandun əyalətində avtomobilin yolu svetoforun qırmızı işığında keçərək piyadaları vurması nəticəsində azı 13 nəfər xəsarət alıb.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, yol-nəqliyyat hadisəsi mayın 21-də yerli vaxtla saat 8:50-də Quançjou şəhərində baş verib. Qəza törədən avtomobil bundan sonra iki maşını da vurub.

Polisin məlumatına görə, qəza nəticəsində yaralan 13 nəfərdən ikisinin vəziyyəti ağırdır. Avtomobili idarə edən 45 yaşlı qadının saxlanıldığı bildirilir. Hadisə ilə bağlı təhqiqat başlayıb.