03 iyun 2019 12:36
2251

Oruc Zalov bu rayonların sakinlərini qəbul edəcək

Azərbaycan Respublikasının daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov 2019-cu il iyun ayının 15-də Şirvan Şəhər Polis Şöbəsində Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab, Saatlı şəhər və rayonlarının sakinlərini qəbul edəcəkdir.

DİN mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanları əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.