20 iyun 2019 10:46
2195

Dörd mövsüm dondurma yeyin...

Süd tərkibli dondurmalar çox yaxşı kalsium qaynağıdır. Meyvə yemirsinizsə, ən azı tərkibində meyvə olan dondurma yeməlisiniz.

Şokoladlı, vanilli, çiyələkli...

Yay aylarında zəruri olan dondurma demək olar ki, 7-dən 70-ə hamının vazkeçilməzidir. Tərkibində olan südün vasitəsilə kalsium mənbəyi olan dondurma sümükləri gücləndirir və diş sağlamlığı üçün əhəmiyyətli rol oynayır.

İki növ dondurma var. Biri sorbet dondurma. Xüsusilə ölkəmizdə son illərdə istehlak edilməyə başlanıb. Bunlar sırf meyvə tərkibli dondurmalardır. Birdə südlü dondurmalar var. Digər növ desertlərə nisbətən bu iki növ dondurmanın enerji dəyəri çox aşağıdır.

Süd tərkibli dondurmalar çox faydalıdır. Süd məhsullarını istehlak etməyən uşaqlarda kalsium ehtiyacını dondurma istehlakı ilə artırmaq çox asandır. Uşağınıza qatıq əvəzinə dondurma yedirdə bilərsiniz. Böyüklər üçün də eyni hallar keçərlidir. Sorbet dondurmalar meyvə istehlakının artırılması üçün çox faydalıdır.

Dörd mövsüm də yeyilə bilər

Dondurma istənilən mövsümdə yeyilə bilər. Bu, necə yeməyinizdən asılıdır. Dondurma dişləyərək yeyilməməlidir. Dondurma mümkünsə, soyuqluğu orqanizmimizə yayılmayacaq formada bir miqdar istiləşdirilərək yeyilməlidir. Belə olmadıqda biz dondurmanı birbaşa udduğumuz zaman həm bizim badamcıq vəzlərimizə, həm də mədəmizə zərər verə bilər. Buna görə də mümkün qədər soyuqluğunu azaldaraq udmaq lazımdır.

R.Bədəlova, “İki sahil”