20 iyun 2019 16:46
733

Səhiyyə naziri Qubada vətəndaşları qəbul edəcək

Səhiyyə naziri Oqtay Şirəliyev iyunun 21-də saat 11:00-da Quba Mərkəzi Rayon Xəstəxanasında (MRX) vətəndaşlar üçün qəbul keçirəcək.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonları sakinlərinin müraciətlərini, şikayətlərini və fikirlərini dinləyəcək, lazımi tədbirlər görüləcək.

Qəbulda iştirak etmək istəyənlər Quba MRX-də qeydiyyatdan keçə bilərlər.