28 aprel 2024 23:23
275

Abşeronda qətl hadisəsi törədilib

Aprelin 28-də saat 22:30 radələrində Abşeron rayonu ərazisində 1976-ci il təvəllüdlü Sevinc Ağayevanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən S.Ağayevanın həyat yoldaşı Laçın Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.